"Tosuncuk" ləqəbli dələduz Mehmet Aydının çirkli pullarının Tuğba Özerkə məxsus şirkət vasitəsilə yuyulması haqda məlumatlar yayılıb.
HİT.az xəbər verir ki, aparılan araşdırmada Tuğba Özerkin şirkət hesabında şübhəli fəaliyyətlər aşkarlanıb.
Məlumatda Tuğba Özerkin "Çiflik Bank" oyun saytı ilə minlərlə vətəndaşı aldadan Mehmet Aydının pulunu sahibi olduğu şirkət vasitəsilə yuduğu iddia edilib.
Maliyyə Cinayətlərinin İstintaq Şurası (MASAK) “Autonomous”a məxsus şirkətin sənədlərini araşdırıb. Hesablardakı pul köçürmələrində şübhəli hallar aşkarlanıb.
Prokurorluq araşdırmaya başlayıb.
Aysun