Van Dammın Azərbaycansayağı "çay keyfi" - VİDEO

MAQAZİN
07:54 / 10.02.2022
1471

Belçika əsilli tanınmış Hollivud aktyoru Jan Klod Van Damm Fransanın Paris şəhərində eyvanda çay içərkən çəkdiyi videonu paylaşıb.

HİT.az big.az-a istinadən bildirir ki, məhşur kino ulduzunun kruassanı çaya batırıb yeməsi izləyicilərin marağına səbəb olub.

Azərbaycanlı gəlini olan Van Dammın bu hərəkəti azərbaycanlıların peçenyeni çaya batırıb yeməsinə bənzədilib.

Xatırladaq ki, aktyorun oğlu Kristofer Van Damm azərbaycanlı pianoçu, Prezident təqaüdçüsü, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatı Suada Hacızadə ilə ailə qurub.

0