Aydemir Akbaş Fərdaya səsləndi: “Səni Türkiyəyə çağıranda, deyirsən ki, işim var” -
“Selfinaz-2” indi “Park Cinema”da!
Türkiyəli usta aktyor Aydemir Akbaş, Fərda Aminə səslənib. Fərdanın 10 Fevraldan etibarən “Park Cinema”da nümayişə başlayan “Selfinaz 2” adlı “Stand Up” şousu ilə bağlı gözləntilərini və “Selfinaz 1” şousu ilə bağlı fikirlərini bildirən Akbaş, Fərdanı tamaşa üçün İstanbula dəvət edib.
“Sənə və bütün çəkiliş qrupuna uğurlar diləyirəm... Amma bir şey deyim: hər dəfə səni İstanbula çağıranda, deyirsən ki, işim var, işim var. Gəl və şounu Türkiyədə göstər”, - Akbaş deyə bildirib.
Fərda Amin, həmkarının dəvətinə qarşılıq verməkdə gecikməyib: “Dəyərli Aydəmir ağabəy, Selfinaza olan xoş münasibətin üçün çox təşəkkür edirəm. Səni çox sevirik. Yaxında İstanbulda görüşəcik İnşallah.”
Qeyd edək ki, Aydemir Akbaş eyni zamanda, “Şaban Pabucu Yarım”, “Atla Gəl Şaban” kimi, bir çox sevilən filmin ssenaristidir. Son illərdə “Kolpaçino” filmlərinin bəyənilən “Sabri Abi” obrazını canlandırmasıyla böyük bir tamaşaçı kütləsinə xitab edən Akbaş, uzun illərdir özü kimi aktrisa olan Beyhan Akbaş ilə evlidir. Belə ki hövsələsiz olduğu bilinən Aydəmir Akbaş, Beyhan xanım ilə iki dəfə boşanıb üç dəfə evlənməsiylə də öz sevənlərinin təbəssümünə səbəb olub.
Xatırladaq ki, “Selfinaz 2” artıq “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayişə başlayıb. Həm Türkiyədə, həm Azərbaycanda müxtəlif film layihələrinə imza atan Artlemmanın istehsalı olan “Selfinaz 2”nin ssenarisini Təvəkkül T Mehrəliyev və Fərda Amin qələmə alıb. Baş prodüseri isə Rəsan Mehrəliyevdir.