Brilliant Dadaşova ilə Tünzalə arasında nə baş verir?

MAQAZİN
15:12 / 14.02.2022
2676

Xalq artisti Tünzalə Ağayeva "Səs Azərbaycan" yarışmasında münsif kürsüsündə əyləşən həmkarı Brilliant Dadaşova ilə aralarında yaşanan mübahisəyə aydınlıq gətirib.

Hit.az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Şourum" proqramının "Deyirlər ki..." rubrikasında danışıb. Aparıcı Ruslan Ağayevin suallarını cavablandıran Ağayeva məsələyə belə aydınlıq gətirib.

"Səs Azərbaycan"da münsiflər arasında müzakirə daha çox danışıldı. Türkiyədə daha betərdir, münsif arasında qırğın gedir. Biz mentalitet olaraq bunu bacarmırıq. Bir az şouya oynamalıyıq. Əsl qırğın olmamalıdır. Xırdalıqlara varmayacam, münsiflərin hamısına hörmətlə yanaşıram. Xırda nə baş verirdisə, açıqlama gətirməyəcəm. Söz atan deyiləm, ünvanıma söz atılarsa, qəşəng cavab verərəm. Deyə biləcəyim məqamda belə susmuşam, laqeydlik göstərmişəm. Laqeydlik daha güclüdür, mən ona o şərəfi yaşatmayacam. Ustadıq, aramızda müzakirə ola bilər. İştirakçı haqda fikir bildirə bilərək. Özüm haqda danışa bilərəm ki, heç kimin fikrinə qarışmıram. Nə Eldara, nə Brilliant xanıma deyən deyiləm ki, sən onu bəyəndin. Həm də Brilliant xanım özü açıqlama verdi ki, heç bir problemim yoxdur".

1