"Qızımı belə böyütdüyüm üçün peşmanam" - Əməkdar artist

MAQAZİN
15:36 / 16.02.2022
2245

Əməkdar artist Sənubər İsgəndərli "Özəl" proqramına qonaq  olub.

Hit.az xəbər verir ki, o, verilişdə şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar edib.  Belə  ki, aktrisa mərhum anasından, onun sərt xasiyyətindən danışıb. 

"Anam həddən artıq sərt idi, hər şeyi qayda-qanunla edirdi, başqa insan idi. Atam arxayın idi ki, anam məni necə lazımdır tərbiyə edəcək. Atamın da xasiyyəti asan deyildi. Anamı tez itirmişəm. Sağ olsaydı, baxmayacaqdı ailə qurmuşam-qurmamışam, sənətə gəldim-gəlmədim, qanunlar keçərli olmalıydı. Sənətə gələndə ailə qurmuşdum. Atam da dedi ki, qarışmıram, həyat yoldaşın var. Anam sağ olsaydı, gələrdi yoldaşımın yaxasından yapışardı. Mənim əlim gəlmədi övladıma əl qaldırım. Onu pambıq içində saxladım, buna da peşmanam. Bir az azadlıq vermək lazımdır. Qızım məktəbə də mənlə gedib gəlirdi. Mağazadan, həyətdən xəbəri olmadı. Buna görə də peşmanam" ,- deyə, aktrisa bildirib. 

1