Efirdə əlbəyaxa olan müğənnilər 5 il sonra barışdı - Video

MAQAZİN
14:15 / 17.02.2022
2281

Müğənnilər Cavad Rəcəbov və Qədir Məmmədov 5 ildən sonra barışıblar.

Hit.az xəbər verir ki, hadisə "Həmin Zaur" proqramında yaşanıb. Verilişin aparıcısı Zaur Kamal proqrama C.Rəcəbovu dəvət edib. O, ifaçılar arasında yaşanan mübahisədən söz açıb.

Zaur daha sonra Qədir Məmmədova zəng edərək onları barışdırıb. Müğənnilər efirdə danışaraq küsülülyə son qoyublar.
"Allah məsələni böyüdən insanlara lənət etsin. Hər şeyi bilirəm. Bilirəm ki, Cavab elə insan deyil. Hər şey olur" deyə, Q.Məmmədov söyləyib.

Xatırladaq ki, 2014-cü ildə “Sevimli şou” verilişinin reklam fasiləsində hər iki müğənni əlbəyaxa olmuşdu.

0