Müğənninin atası anasını BIÇAQLAYIB - EFİRDƏ AÇIQLADI

MAQAZİN
16:59 / 17.02.2022
1931

Müğənni Sevda Sanəliyeva valideynləri ilə bağlı gözlənilməz açıqlama verib.

Lent.az-ın məlumatına görə, ifaçı “Günün sədası” verilişində bildirib ki, atası illər öncə anasını bıçaqlayıb:

“Atam üçün oğlan övladı qızdan daha üstün idi. Mənim dörd yaşım olub, döyüləcək yaşda deyildim. Ona görə heç döyülməmişəm. Amma anamla qardaşım çox əziyyət çəkib. Hətta atam anamı dəfələrlə bıçaqlayıb. Atamla anam ölənə qədər barışmadılar. Düzü, bir qadının övladını tək böyütməsi çox çətindir. İndi mən də uşaqlarımı yalnız böyüdürəm”. 

0