Müğənninin klipində adamlar donub qaldı - VİDEO/FOTO

MAQAZİN
13:26 / 18.02.2022
1664

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva yeni mahnı və klipini təqdim edib.

Hit.az xəbər verir ki, “STOP” adlı mahnının söz və musiqisi müəllifin özünə, aranjimanı Fidan Alivaya aiddir. 

Mahnının klipi rejissor Emin Muradov tərəfindən lentə alınıb. Ekran işində rol alanların qəfil donması və hərəkətsiz qalması marağa səbəb olub. Rejissor deyir ki, bu sujet xətti mahnının sözlərinə və melodiyaya uyğun düşünülüb.

Son zamanlar özünəməxsus üslubu və ifa  tərzi ilə tamaşaçılarını sevindirən Sivvanın “STOP” mahnısında əsas mesajı budur:  Neqativə “STOP” və yalnız sevgiyə “START”.

0