“Manaf Ağayev olmursan lap Polad Bülbüloğlu ol...” - Sərt açıqlama

MAQAZİN
16:48 / 18.02.2022
6032

"Manaf Ağayev Füzuliyə gedib-gedib də nə olsun. Hökumət deyir ki, Qarabağa özbaşına getməyin, bunun üçün icazə alın. Kim getmək istəyirsə, müraciət edib, icazə almalıdır”
 
Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib.

Aqil Abbas buna görə Manaf Ağayevi qınamağımızın düzgün olmadığını bildirib:
 
"Manaf Ağayev Füzuliyə niyə gedib, bilmirəm. Amma gedib də nə olar ki, indi buna görə Manafı öldürək, güllələyək? Neyləyək? Qarabağa öz elinə, vətəninə gedib və indi gəlsin 15 sutkasını yatsın, bununla dünya dağılmayacaq ki. Amma hər halda Manaf Füzuliyə getmək üçün icazə almalıydı. İcazə almayıbsa, təbii ki, cəzalanmalıdır. Manaf Ağayev olmursan lap Polad Bülbüloğlu ol, Qarabağa gedirsənsə, icazə almalısan. 
 
Mən özüm də icazə alıb şəxsi maşınımla Qarabağa getmişəm. Amma icazəsiz getməmişəm. Özü də ki, Ağcabədi və Füzulinin deputatıyam. İndi Manaf da ürəyi istəyib, gedib. Necə gedib onu araşdırıb, bilərlər. Amma buna görə Manaf Ağayevi güllələmək lazım deyil”.
 
Qeyd edək ki, müğənni Manaf Ağayev iş adamı Sənan Hüseynovla birlikdə doğulduğu Füzuli rayonuna şəxsi maşınıyla icazəsiz getdiyi üçün məhkəmə tərəfindən 15 sutka həbs edilib. 

0