Manaf Ağayev kompensasiya tələb edə bilərmi?

MAQAZİN
09:55 / 21.02.2022
2355

"Müğənni Manafın bu 15 gün ərzində razılaşıb, beh aldığı toyu olmamış olmaz. Manaf ilə toyun sifarişçisi arasında şifahi müqavilələr bağlanıb. Burada belə hüquqi məsələ yaranır: toy sahibləri beh ödəyibsə, Manaf çıxdıqdan sonra həmin behi toy sahiblərinə qaytarmalıdır, yoxsa fors-major halı var deyib behi qaytarmaq məsuliyyətindən azad olmalıdır?"

Hit.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Fərhad Mehdiyev sosial şəbəkədə yazıb. Hüquqşünas daha sonra qeyd edib:

"Ən əsası, Manaf Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldırıb 15 gün üçün məhrum qaldığı gəlirə görə kompensasiya tələb edə bilərmi? Nəzərə almalıyıq ki müğənni tayfası aldığı pulu rəsmiləşdirmir".

Xatırladaq ki, Manaf Ağayev qanunsuz yolla işğaldan azad olunmuş Füzuli rayonuna səfər etdiyi üçün, dostu, iş adamı Sənan Hüseynovla birgə 15 sutka həbs olunub.

0