“Qeyri-professional addımdır. Sən yüz dəfə de ki, mən 100 min dollara toya gedirəm. Səhərə kimi evdə otur, televizora bax. Reallıq və məntiq var. Sən tələb olunan yerdə onu deyə bilərsən. Fikir yaxşıdır. Sadəcə xəyaldadır. Azərbaycanda hələ ki plagiat məsələsini köklü surətdə həll etmək lazımdır”.
Bu sözləri Əməkdar artist Elton Hüseynəliyev Xəzər TV-də yayımlanan “Şourum” proqramına müsahibəsi zamanı deyib.
Sənətçi efirlərdən pul istəyən həmkarlarına səslənib. Elton onların bu istəyini yanlış zamanda atılmış addım adlandırıb.
Hüseynəliyev toylara 50 min AZN-ə getməsi fikrinə də aydınlıq gətirib. Elton bu şayiələri təkzib edib:
“50 min AZN deyə bilmərəm, amma Sumqayıtda 5 şirvana toya gedən adam olmuşam. Onu dəqiq bilirəm ki, 5 şirvana o qədər toy oxumuşam ki”.
Daha ətraflı süjetdə: