"Həbsxana kişi üçündür" - Rəqsanə

MAQAZİN
14:36 / 24.02.2022
2849

"Bilirik ki, Manaf Ağayev Füzuli rayonundandır və torpaqlarımız düşmən tapdağından azad olunub. Manaf Ağayev də ola bilsin ki, icazəsiz ora gedib. İcazə alınmayıb. Allah qapısını açsın deyək. Manaf çox yaxşı oğlandır. Ona da, ailəsinə də çox böyük hörmətim var".

Hit.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə ismayılova instaqramda canlı yayımda olarkən deyib. ifaçı 15 sutka həbs cəzası alan həmkarı Manaf Ağayevdən bəhs edib:

"Qanunlar istər Rəqsanə, istər digər vətəndaşlar üçün keçərlidir. Belə də ki, həbsxana kişi üçündür. Hər birimiz çətin gündə bir-birimizə dəstək olmalıyıq. Əgər dövlət tərəfindən ora girmək qadağı varsa, icazə almalıyıq. Bizi tərifləyən insanlar başımıza nəsə gələndə başlayırlar haqqımızda pis şərhlər yazırlar. Manafın bu addımı qanunla yoluna qoyulmasaydı, sabah insanlar deyəcəkdi, müğənni getdi, gəldi, özünü göstərdi, ona heç nə etmədilər".

1