Əlləz Əhmədov evləndi - Aktyorun toyundan FOTOlar

MAQAZİN
12:57 / 10.03.2022
1841

Akademik Milli Dram Teatrında obrazlar yaradan Əlləz Əhmədov subaylığın daşını atıb. Şəhanə adlı xanımla ailə həyatı quran aktyor sənət dostlarını da başına yığıb, özünə toy edib. Aktyorun toyuna bir çox tanınmış simalar qatılıb. Uzun illərdir heç yerdə görünməyən, efirlərə çıxmayan, müsahibələrdən imtina edən xalq artisti Zemfira Nərimanova da gələn qonaqlar sırasında olub. Tanınmış aktrisa "Pəncərədə işıq" televiziya tamaşasında birlikdə rol aldığı xalq artisti Nurəddin Mehdixanlı ilə görüntülənib.

Hit.Az xəbər verir ki, moderator.az-a açıqlama verən aktyor Əlləz Əhmədov Mədəniyyət və İncəsənət Universitetində xalq artisti Zemfira Nərimanovadan dərs aldığını bildirib.

"Hər insan müəllim adını doğrultmur, müəllim tamam başqa peşədir. Müəllimin tələbəsinə sevgi ilə, hörmətlə, şəxsiyyət kimi yanaşmağını biz Zemfira xanımdan öyrənmişik. Zemfira xanım heç bir tələbə arasında fərq qoymayıb ki, bu kasıbdır, digəri imkanlıdır. Hamıya eyni gözlə baxıb, eyni münasibəti göstərib. O həm xeyir işlərimizdə, həm də pis günlərimizdə hər zaman yanımızda olub. Anam dünyasını dəyişəndə də göz açıb Zemfira xanımı yanımda görmüşəm. Toyumda da ürəkdən iştirak etdi, hətta ana qayğısı göstərərək kövrəldi də. Həmin an mənim yaddaşımdan heç vaxt silinməyəcək. Məni əlimdən tutub teatr səhnəsinə çıxaran, aktyor kimi kəşf edən də Zemfira xanım olub. Toyumda iştirak edən bütün sənətkarlara, aktyor dostlarıma öz təşəkkürümü bildirirəm" deyə aktyor bildirib.

Qeyd edək ki, Əlləz Əhmədov aktyorluqla yanaşı həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitunun Teatr, Kino və Televiziya şöbəsinin elmi işçisi və Yeni Gənc Alim və Mütəxəssislər Şurasının sədridir.

0