Müğənni Aysel Əlizadə avtomobil qəzası keçirib.
Hit.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Deməsəm olmaz" proqramında məlumat verilib. Stilist Elnur Həsənov bildirib ki, Aysel qəzada zədə alıb:
"Aysellə çəkilişimiz var idi. Təxirə salındı. Xəbər verdi ki, qəzaya düşmüşəm. Dostunun avtomobili ilə olub. Qəza o qədər güclü olub ki, təhlükəsizlik yastıqları da açılıb. Gözunun altı qaralıb, beyni zədə alıb".