Rusiyalı müğənni Dima Bilan bu il ikinci dəfə əməliyyat olunub.
Hit.az xəbər verir ki, 40 yaşlı sənətçi bu barədə Teleqram kanalında məlumat verib. O, həzm sistemində problemin olduğunu bildirib: "12 yaşımdan həzm sistemimdə problem var. Koronavirus vəziyyətimi ağırlaşdırdı. Təfərrüatlarını açıqlamayacağam. Onu həll etmək lazım idi". Qeyd edək ki, Dima infeksiyaya ötən ay yoluxmuşdu.