Məşhur müğənni atası küsüb: \"Əsəblərimlə oynamayın\"

21:49 / 30.03.2022
2062

Müğənni İlahə İbadova atası ilə danışmır. 

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Onun sirri” verilişində danışıb:

“Düşünməyin ki, uşaqlarınız böyüyüb, özü sizi tapacaq, elə bir qanun yoxdur. Uşaqlarınıza uşaq yaşlarından sevgi bəxş etməsəniz, gözləməyin ki, onlar böyüyəndən sonra sizə sevgi verib, sizinlə barışacaq”.

Daha sonra müğənninin küsülü olduğu atası ilə telefon əlaqəsi yaradılıb. Atası telefon zənginə aqressiv cavab verib: “Mənim əsəblərimlə oynamayın, qızımla arama girməyin”, - deyərək telefon zəngini yekunlaşdırıb.

0