"Bədənimin bir hissəsi iflic oldu, danışa bilmədim" - Əməkdar artist

MAQAZİN
14:54 / 01.04.2022
2246

Əməkdar artist Firuzə İbadova "Təsir dairəsi" verilişinə qonaq olub. 

32gun.az xəbər verir ki, o, proqramda illərdir gizli saxladığı xəstəliyindən danışıb. Müğənni bildirib ki, bədəninin bir hissəsi iflic olub:

"Bundan yalnız Cavanşir Məmmədov və Aybəniz Haşımovanın məlumatı olub. Başıma gələnlərdən heç kimin xəbəri yox idi, mətbuat da bu barədə bilmədi. 2010-cu ildə olub. Stres keçirdim...  Bədənimin bir hissəsi qurumuşdu, danışa bilmirdim, nə isə istəyəndə həmin şeyi kağızda yazıb verirdim. Həmin vaxt anam və ailəm çox böyük stress yaşadı, bunları ilk dəfədir açıqlayıram".

0