Müğənni Səidə Sultan Əməkdar artist Elza Seyidcahanı tənqid edib.
Hit.az xəbər verir ki, "Şourum" proqramında qonaq olan müğənni həmkarının ifasını eşidəndə reaksiya verib. "İQ-sü 70 faiz olandır. Ondan 90 faiz gözləyirsiniz? Hamıda 90 faizdir, 70 faiz artıq əqli zəiflik, çatışmazlıqdır". Belə ki, Elzanın Səidə Sultanla bağlı verdiyi açıqlaması onu əsəbiləşdirib:
"Deyir, "yazıqdır". Niyə yazıq oluram? Əlim, ayağım yerində. İnsan içində gəzirəm, hörmət qazanıram. Deyir, gördü mahnıları tutmur, keçdi çılpaqlığa. Mənim mahnılarım çılpaqlığa görə tutuzdurmur. Ömürboyu mən qısa don və şortik geyinirdim. Həm də ona görə efirə çağırmırdılar. Bədənimə yaraşır, geyinirəm, oxuyuram yaxşı edirəm. Əgər səsim olmasaydı, yaddan çıxardım".