Rusiyanın xalq artisti İqor Butman Sankt-Peterburqda özünə möhtəşəm toy edib. Maraqlıdır ki, özündən 32 yaş kiçik 28 yaşlı Anna Lvova ilə ailə quran bəyin yaş fərqi o qədər də nəzərə çarpmayıb.
Milli.Az kp.ru-ya istinadən xəbər verir ki, bəy tərəfdən gələn qonaqlar arasında çoxlu məşhur musiqiçilər, mədəniyyət, incəsənət və idman xadimləri də olub. Butmanın həyat yoldaşının açıq-saçıq rəqsi hər kəsi təəccübləndirib. Rəqsi isə "ərim üçün hədiyyə" adlandırıb.