Türkiyənin tanınmış aktyoru Kadir Doğulu təriqətə qoşulması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
O, barəsində yayılan məlumatı təsdiqləyib.
Aktyor bildirib ki, bu, çox dəyərli mövzudur: “Bu bir mərtəbədir, mənəviyyatdır. Çox gözəl bir söz var: “Pul ilə imanın kimdə olması bilinmir”. Bu mərtəbə mənə hədiyyə edilib. Biz də bunu evliliyimizlə, işimizlə göstərməyə çalışırıq. Yaxınlarım bilir, siz yeni öyrəndiniz. Bu, “Baxın, mən beləyəm” deyiləcək bir şey deyil”.
Qeyd edək ki, Kadir Doğulu və xanımı Neslihan Atagül Bektaşilik təriqətinə qoşulmaları ilə bağlı məlumatlar yayılmışdı. Həmçinin iddia edilmişdi ki, Kadir və Neslihandan başqa, müğənni Murad Dalkılıç, aktrisa Sitarə Akbaş, Tansel Öngel də bu təriqətə qoşulub. / Qafqazinfo