"Location" klubda baş verən partlayış zamanı xəsarət alan bloger Aysel Şükürova özünə gəlib.
Hit.Az teleqraf.com-a istinadən xəbər verir ki, aparıcı Lətafət Ələkbərova və əməkdar artist Elza Seyidcahan Aysel Şükürovanı xəstəxanada ziyarət ediblər.
Aparıcı İnstaqram hesabında xəstəxanadan video paylaşıb.
Aysel Şükürova onu tənqid edənlərə müraciət edib: "Mən evdə də otursaydım bu hadisə başıma gələcəkdisə gəldi. Heç kim pis söz yazmasın".
Sözügedən görüntüləri təqdim edirik: