Arif Babayevin səhhətində problem yarandı

MAQAZİN
11:18 / 08.04.2022
1284

Xalq artisti Arif Babayevin səhhətində problem yaranıb. 

HİT.az xəbər verir ki, Lent.az-a açıqlama verən muğam ifaçısı bildirib ki, ev şəraitində müalicə olunur: "Həkimlər mənə bir müddət öncə sidikqovucu qoydular. Amma oradan qan gəlir. Dedilər kəsəcək, amma hələ də gəlir.

Həkimlər evə gəlir, müayinə edib gedirlər. İnşallah, yaxşı olar. Doğmalarıma görə hələ bir az yaşamaq istəyirəm. Allah bütün xəstələrə şəfa versin”. 

Qeyd edək ki, A.Babayev ötən il insult keçirib. O, bir müddət öncə Türkiyədə müalicə olunurdu. 

0