Müğənni Damla (Məsumə Əliyeva) bir neçə gün əvvəl "Bəs edər" adlı mahnını ifa edərək onu ekranlaşdırıb.
Hit.Az baku.ws-ə istinadən xəbər verir ki, Rusiyada fəaliyyət göstərən Nurio adlı müğənni mahnının ona aid olduğunu bildirib.
O, sosial şəbəkə hesabında video paylaşaraq Damlanı onun mahnısını oğurlamaqda ittiham edərək məhkəməyə verəcəyini deyib.
Sənətçi bunun üçün Azərbaycana yola düşdüyünü deyib.
Qeyd edək ki, kompozisiyanın sözləri Ülvi Qurbanova, musiqisi isə Nurioya aiddir. Klipin rejissorluğunu İrem Haykir edib. Mahnının aranjimanı Elvin Musayevə aiddir.
Ətraflı videoda: