"Evdə komandir qadındır, nə dedisə, odur" - Elnarə Xəlilova

MAQAZİN
16:26 / 27.04.2022
1694

Müğənni Elnarə Xəlilova "Bərabərik" proqramın qonaq olub. 

Hit.az xəbər  verir  ki,  müğənni verilişdə həyatı ilə bağlı bəzi açıqlamalar verib. Anasından danışan sənətçi ailə həyatı ilə bağlı sualları cavablandırıb:

"Qızın dostu ana, oğulun dostu ata olar. Mənim də birinci dostum anamdır. Harada oluramsa olum deyirəm anama cavab verməliyəm. Əlavə edirəm ki, anam mənim birinci həyat yoldaşımdır. Ana olandan sonra əvvəlki şıltaqlığım, həyata baxışım, dünyagörüşüm başqa oldu. Hansısa məqamda yoldaşıma və ya özümə qadağalar qoymuram. Amma istər-istəməz özünə çəki-düzən verirsən. Elə olub ki, reklam çəkilişindən səhər 6-da evə gəlmişəm".

Xəlilova "Evdə hökmlü kimdir" sualına "Evdə hökm qadından asılıdır. Qadın evin dirəyidir. Kişi başdır, qadın boyun. Qadın hara döndərsə, kişi ora dönür. Evdə komandir qadındır, nə dedisə, odur. Amma son qərarı kişilər verir. Qadın emosionaldır, amma kişi uzaqgörən və soyuqqanlıdırlar" cavabını verib. 

Xəyanətlə bağlı sözlərə isə Elnarə "İnciməyim üçün nə boyda səbəb olmalıdır? Məqsədi incitməkdirsə, onu ondan əvvəl incidərəm. Allaha həvalə etməkdən də, həvalə olunmaqdan da qorxuram" reaksiyasını verib.

3