“Ümid edirəm, mənə qoyulan qadağalar sənə qoyulmaz” - VİDEO

MAQAZİN
18:23 / 28.04.2022
1426

ATV telekanalında yayımlanan “Xoş-beş” verilişində aparıcı dəyişikliyi olub.

HİT.az  xəbər verir ki, proqramın aparıcısı Vüsalə Kərimova bu gün efirə çıxmayıb.

Onu həmkarı İlhamə Bədəlova və aktyor Məcid Hüseynov əvəz ediblər.

Kərimovanın özü də bu barədə instaqramda paylaşım edib. Bədəlovaya uğur arzu edən Kərimova efirə çıxmamasının səbəbini açıqlamayıb: “Ümid edirəm, mənə qoyulan qadağalar sənə qoyulmaz”.  

Məsələ ilə bağlı ATV ilə əlaqə saxladıq. Telekanalın mətbuat katibi Ozal İbrahimli saytımıza açıqlamasında bildirdi ki, bu proqram prodakşın istehsalı layihədir: “Aparıcının işlərinin çoxluğunu nəzərə alaraq, prodakşın qarşılıqlı olaraq Vüsalə Kərimova ilə yollarını ayırıb. Kanal tərəfindən heç bir problem yoxdur”.

V. Kərimovanın özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

0