“TikTok-da hədiyyəni kişilər atır” - Elcana cavab

MAQAZİN
20:59 / 29.04.2022
1650
Ötən günlərdə aktrisa Pərvin Abıyeva “Tarixin bir günü” verilişində “TikTok”dan ayda 35 min dollar qazandığını bildirmişdi. Elcan Rəsulov isə sənətçinin real şəkildə o məbləği görmədiyini söyləmişdi. OLAY yazır ki, Pərvin “Səhər mərkəzi” verilişində Elcanın iddiasına cavab verib: “Elcanın sözündə həqiqət var. Orada bir qayda var ki, hər gün 1000 dollardan artıq pul çıxara bilmirsən. Elcanın qazanmamağı normaldır. Yeni sima, qadın, kişilərin sevimlisisənsə, orada da hədiyyələri atan kişilərdir. Fanatlar var, canlı yayımda adının çəkilməsini istəyənlər var. “Hədiyyə atım, adımı çəksin” deyirlər. Bütöv şəkildə o pulu götürə bilmirsən, ancaq günə 1000 dollar çıxarmaq mümkündür. Orada sənə hədiyyə göndərən dost-tanışın da var, məcbursan ki, sən də onlara qarşılıq verəsən”.
0