“Bu günə kimi atamı görməmişəm”

MAQAZİN
13:23 / 30.04.2022
1735

Müğənni Aysun İsmayılova bu günə kimi doğma atasını görmədiyini açıqlayıb. 

Bu barədə o, “Həmin Zaur” proqramında qonaq olarkən məlumat verib.

Sənətçi aparıcı Zaur Kamalın sualını cavablandırarkən valideyni ilə dəfələrlə görüşmək istədiyini, lakin alınmadığını söyləyib: 

“Bu günə kimi doğma atamı görməmişəm. Daha görüşmək istəmirəm. Anamın həyat yoldaşı mənə indi atalıq edir. İndi məni axtarsa, yenə görüşmərəm. Çətin günlərimdə harada idi?”

0