"Sevgi azaddır. Hər kəsin sevməyə ixtiyarı var. Eynən oxumaq da belədir. Sən bunu deməklə müəyyən hədəfi nişan alırsan ki, filankəs bir-birini sevir, onları ayırım".
Hit.az olay-a istinadən xəbər verir ki, bu sözləri "MTV Maqazin"ə duet ortaqlarının eşq yaşaması haqda danışan Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni xəyanət məsələlərindən də bəhs edərək söyləyib ki, burada qadınlar böyük məsuliyyət daşıyır:
"O qadın fəxr eləməlidir ki, onun "xoruz"u gedib başqa damın üzərində banlayır. O da elə xoruz olmalıdır ki, sonra qolunu-qanadını sındırıb damdan atmasınlar. Geyimdə əndəzani keçib. Biz də çimərlik var, sən mənə bədənini niyə göstərirsən? Nə var sənin bədənində? Müştəri axtarırsansa, adını oxuyan qoyma. Müğənninin müəyyən sərhədi var və ora qədər geyinə bilər. Bu da sənin oxuduğun mahnı ilə əlaqəli olmalıdır. Müğənni özü ilə bir-iki geyim gətirməlidir. Orada əyləşənlərə, formata baxmalıdır və ona uyğun geyinməlidir. Bayram proqramı olsa bu olar. Sən isə cürbəcür şeylər edirsən. Camaatı hər kəsi adı ilə danışır. Evdə ola bilər, televiziyaya isə milyonlarla adam baxır, dünya izləyir. Biz Avropaya inteqrasiya edirik, bu, müəyyən çərçivə daxilində olmalıdır. Həmin soyunan adama nəsə desələr, söyləyəcək ki, sənin müsəlmanlığın, ana-bacin haradadır? Sən elə edirsən ki, min dənə söz deyirlər".