Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova ( Azəri qızı) Şuşaya yollanıb.
O Birinci Beynəlxalq Kulinariya Festivalında səhnə alıb.
Günellə bərabər qardaşı Tunar Rəhman və atası Rəhman Zeynalov da orada olub.
Günel Şuşada bir çox yerlərə baş çəkib. O mərhum Xalq artisti Bülbülün ev muzeyində “Sənsiz” əsərini oxuyub. Bundan başqa ifaçı qardaşı Tunar ilə birgə “Şuşanın dağları” mahnısını da səsləndirib. Zeynalova həmin anları sosial şəbəkə hesablarında paylaşıb.