Oktay Kaynarcanın yeni serialının adı Nəsiminin qəzəlindən götürüldü

MAQAZİN
08:37 / 16.05.2022
943

Türkiyəli aktyor Oktay Kaynarcanın yeni serialının adı bəlli olub.

Hit.Az Axşam.az-a istinadən xəbər verir ki, ekran işi "Mən bu cahana sığmazam" adlanır. Aktyorun obrazının adı isə "Cezayir" olacaq. Serial sentyabrda izləyicilərin görüşünə gələcək.

Qeyd edək ki, ekran işinin adı Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəlindən götürülüb.

0