"Təəssüflər olsun ki, hazırda Salam-sağol belə saxtalaşıb. İndi nə padişah, nə xan, nə də vazir dövrüdür".
Bunu Hit.az-a açıqlamasında Caba kimi tanınan gənc və məşhur şoumen, müğənni Cabir İbrahim deyib.
Məşhur sima yaxın zamanlarda izləyicilərini sevindirəcəyini vurğulayıb:
"Uzun müddətdir görünməməyimin səbəbi maddi cəhətdən yaranan problemə görə idi. Pul olmayanda heç bir iş görmək mümkün deyil.
Başım işə qarışmışdı. İşləyirdim ki, pul yığım mahnı və klip ərsəyə gətirim. Bilirsiniz ki, mənim ilk mahnım İbrahim Tatlısəsin repertuarından olmuşdu. Bu da "Sarışınım" və "Mavi-Mavi" mahnısı idi. Daha sonra "Sən Ayrı, Bunlar Ayrı" mahnım daha çox səs-küyə səbəb olmuşdu. Hamı bu mahnını bəyəndi. Hər kəs də deyir ki, Cabanın sənət vəsiqəsi bu mahnıdır. Eyni bəstəkar Murad Zeynal, eyni arenjeman Elvin Musayevin daha bir layihəsini, "Dünya yalandır"ı ərsəyə gətirdik. Çox ağır həzin mahnıdır. Doğurdan da çox vahiməli bir mahnıdır".
Son zamanlar saxtalaşan münasibətlərdən söz açan Caba artıq xan dövrünün bitdiyini də söyləyib:
"Təəssüflər olsun ki, hazırda Salam-sağol belə saxtalaşıb. İndi nə padişah, nə xan, nə də vazir dövrüdür. İndi hamı özünə həm bəydir, həm də xandır. Bu mahnı hazırki həyatın mövzusudur. Belə deyim də, həyatımı sırf klip çəkdirmək üçün həsr etdim. Yaxın zamanda bu mahnıya rejissor Xəyal Hüseynlə birgə klip çəkdirmək niyyətindəyik. İstəyim odur ki, yaxşı klip ərsəyə gətirim. Bu müddət ərzində də boş dayanmadım. Ara-sıra özüm üçün mahnılar, popuri yazdırdım. İllərin mahnısı Sezan Aksunun repertuarından "Şinanay yavrum şinaşinanay" mahnısını arenjeman edib ifa etdim. Bir də obyektim var idi onu işlədirdim".
İfaçı onun paxıllığını çəkənlərdən də danışdı:
"İnanırsınız ki, mənim paxıllığımı həddən artıq çox çəkirlər. Prodüserlikdən tutmuş şoumen, müğənni və aparıcı kimi fəaliyyətə başladım. Bu da çoxlarını "yandırırdı". Mənə deyirdilər ki, neyniyirsən, lazım deyil, ayıbdır oxuma. Mənə bu sözü deyənlər indi oxuyurlar. Dünənə kimi mənə məsləhət görmədiklərini özləri edir. Ətrafım çox genişdir. Çox yaxşı bilirəm ki, dostum kimdir, paxılığımı çəkən kim. Kimisi mənim üzümə gülür, arxamca danışır. Kimisi uğuruma sevinir. Çoxsu da öpüşüb-görüşdüyüm insanlardır, ulduzları barışmayanlardır. Allaha dua edirəm ki, ruzilərini ürəylərinə görə versin. Başqa heç nə deyə bilmərəm. Bir sözlə Allah hamımızın ürəyinə görə versin".
Aysel