Müğənni Aysel Teymurzadə yeni görüntüləri ilə gündəmə gəlib.
Hit.az xəbər verir ki, sənətçi ötən gün həyat yoldaşı Xalq artisti Murad Adıgözəlzadə ilə "Karvan" qrupunun konsertində iştirak edib.
Oradan lentə alınan görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. Fotolarda "Avroviziya-2011" qaliblərimiz Eldar Qasımov və Nigar Camal, o cümlədən aktrisa və pianoçu Zəhra Bədəlbəyli yer alıblar.
Son zamanlar daha çox klassik tərzli geyimlərə üstünlük verən Teymurzadə bu dəfə də açıq göy rəngli kostyum geyinib. Ailə qurduqdan sonra sənətdən uzaqlaşan ifaçının bu stili və makiyajı sosial şəbəkə istifadəçilər tərəfindən çox bəyənilib.
Onlar müğənninin ünvanına "Aysel kökəlmək bilmir, elə bil hələ də 16 yaşı var", "Aysel necə də gözəldir", "Təbii gözəl", "Aysel hələ də çox gözəldir", "Kukla Aysel", "Aysel günbəgün gözəlləşir" kimi xoş fikirlər səsləndiriblər.
Xatırladaq ki, Aysel Teymurzadə Xalq artisti Murad Adıgözəlzadə ilə evlidir. Cütlüyün 3 övladı var.