Əməkdar artist Vasif Məhərrəmli "1 dəqiqə" verilişində qonaq olub.
HİT.az xəbər verir ki, ifaçı ilk həyat yoldaşının vəfatından danışaraq kövrəlib. O, bunun həyatının ən ağır günü olduğunu bildirib:
"Övladım yaş yarım olarkən həyat yoldaşımı itirməyim həyatımın ən ağır günü oldu. Ondan o tərəf mənim ağır günüm yoxdur.
2 il sonra atamı itirdim. O da mənim üçün çox ağır itki idi. Amma bir el deyimi var: Atalar övladlarının çiynində həyatdan getsin. Bütün analara, atalar, özüm də onun içində olmuşam, arzulayıram ki, bir ömür sürüb, amma gecindən təbii ki, övladlarının, oğullarının çiynində bu dünyadan köçsünlər".
Aparıcı Zaur Nəbioğlu V.Məhərrəmlinin həyat yoldaşı dünyasını dəyişərkən bətnində 7 aylıq körpəsinin olduğunu açıqlayıb.
"Bəlkə məni qınayarlar, amma o anda bunu düşünmürsən. Bətndə olanı o qədər düşünmürsən, nəinki bir gəncin ömrü, həyatı. Çox ağırdır. Zaman-zaman mənə çox şər-böhtan atıldı, ünvanıma mənə layiq olmayan sözlər deyildi. Hamısına sinə gəldim bu həyatda. Bilmirəm, ətrafım deyir ki, güclü insansan. Ola bilsin gücüm ondadır ki, sinə gəlmişəm və o imtahanlardan üzüağ çıxmışam. Nə qədər böhtan atıldısa, iki şeyə dəyə bilmədilər məndə, onun yanından yel olub ötə bilmədilər: Bir kişiliyimə, bir də sənətimə. Bu da mənim üçün ən ömnəmlisidir" deyə, müğənni əlavə edib.