"Avroviziya-2022" təmsilçimiz Nadir Rüstəmli İTV-də yayımlanan "Dikdaban" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Nadir Rüstəmli "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində çıxışı zamanı yaşadığı həyəcandan danışıb:
"Bilirsiniz ki, mənim hündürlük qorxum var. Səhnədə pilləkənləri ayırmaq üçün texnikadan deyil, qol qüvvəsindən istifadə edilirdi. Pilləkənləri aralayanda ayağımın birini yuxarıdakı pilləkənə dayayırdım ki, yıxılmayım. Çünki pilləkənlər çox yüksəkdə idi və ara məsafəsi böyük idi. Pilləkənlər aralananda mənə əsmə gəlirdi. Gözünü açırsan və görürsən ki, "Avroviziya" səhnəsinin kənarında su gedir. Yuxarı baxıram, tamaşaçını görüb həyəcanlanıram. Səhnədə çox çətin anlardan keçdim. Hər dəfə səhnədə olanda çox həyəcan keçirirdim. Səhnədə rəqqas ilə üz-üzə gələndə o gülümsəyirdi. Bu məni rahatlaşdırırdı".
Nadir Rüstəmli müsabiqədə növbəti dəfə ölkəmizi təmsil etmək istədiyini də dilə gətirib: “Yenidən “Avroviziya”ya getməyi çox istəyirəm. Getsəm, daha rahat və təcrübəli çıxış edəcəm. Hətta "Harry Potter" kitabının müəllifi Coan Ketlin Roulinq “Twitter” hesabında yazmışdı ki, "Azərbaycanın haqqını yedilər. Layiq olmadığı yerdədir”.
Qeyd edək ki, Nadir Rüstəmli "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsində 106 xal ilə 16-cı yerə çıxıb.