Fransanın keçmiş prezidenti Fransua Olland yeni ailə hıəyatı qurub.
Lent.az xəbər verir ki, keçmiş dövlət başçısı aktrisa Jüli Qaye ilə Parisdən kənarda, adi şəkildə nikahını rəsmiləşdirib.
Nikah mərasimi Ollandın vaxtilə rəhbərlik etdiyi bələdiyyədə baş tutub.
Ollandın 67 yaşı var və 4 uşaq atasıdır. Aktrisalıqla məşğul olan Qaye isə 2006-cı ildə boşanıb və 2 oğul anasıdır.