"Əslində bu, Aygün və Faiq üçün idi" - Rəhim sirri açdı

MAQAZİN
13:09 / 11.06.2022
1872

Müğənni-bəstəkar Rəhim Rəhimli "Bir zamanlar" mahnısı ilə bağlı etiraf edib. 

HİT.az xəbər verir ki, "Xoş-beş" verilişinə qonaq olan ifaçı əslində bəstənin Xalq artistlərinə yazıldığını söyləyib:

"Bu mahnı yazılıb Faiq Ağayev və Aygün Kazımova üçün. Elçin Cəfərov yazıb və Faiq Ağayevə göndərib. O da dinləyib, yollayıb Aygün Kazımovaya. Sözləri də yazıb hazırda Amerikada yaşayan Azər Şirin. Sözlərə görə istəməyiblər. Faiq deyir ki, orada deyilir "bir zamanlar", istəmədim birilərinə qəsd edim. Mən də dedim, hər aşiqin öz dövranı var, bir gün biz də olmayacağıq. Səhnədə qalmaq olmur. Gənclərə də yol vermək lazımdır. 

Qəbələyə getmişdik, oteldə Elçinin otağına keçdim, dedim, Faiq Ağayev üçün mahnı yazmısan. Dinlədim və sevdim. Bakıya gələn kimi oxudum. Hazırda Elçin Türkiyədə yaşayır. Biriləri gedir, sənətdə nələrsə baş verir. Koronavirusdan sonra nələr baş verir anlamıram".

0