Əməkdar artist Mətanət İsgəndərlinin nəvələri gəlini Cananaya verilib.
HİT.Az xəbər verir ki, bu haqda Canana sosial şəbəkədə bildirib. O, övladları ilə yeni fotosunu yayımlayaraq bunları əlavə edib:
"Mən qalib və xoşbəxtəm. Bu gün vəkilim Ali məhkəmənin 3 övladımı da mənə verdiyi xəbərini çatdırdı. Artıq mən də nəfəs ala biləcəm. Mənə bu yolda dəstək olan hər kəsə təşəkkür edirəm. Ən əsası da hər zaman yanımda olan mediaya... Balalarımın üçü də mənim adımdadır. Çox şükür".
Qeyd edək ki, Canana Mətanət İsgəndərlinin oğlu Kərimdən ötən il boşanıb. Cütlüyün üç uşağı atada qalıb. Daha sonra Canana apellyasiya məhkəməsinə müraciət edib. Hakimin qərarı ilə onun övladları ananın qəyyumluğuna verilib.