Müğənni Rəqsanə İsmayılovanın müğənni qızı Aysunun toyunun əks-sədası bitmək bilmir.
Hit.az xəbər verir ki, məclis bu dəfə də dəvət olunan müğənnilərin toya yazdırdığı pulla müzakirələrə səbəb olub.
"Şourum" verilişinin komandası sənətçinin məclisində olub. Onlar toya pul yazdıran şou nümayəndələrini anbaan görüntüləyib.
Müğənni Zemfira İbrahimova ilə həmkarı Şəbnəm Tovuzlu toya 500 AZN, Şəbnəm Qəhrəmanova 200 AZN pul yazdıracağını deyib.
Şairə Nazilə Səfərli çıxışını toylarına salacaq pulla "barter" elədiyini bildirib.