"Biznesim var. Ağıllı insanam. Müğənnilik sənəti gəlirli olsa da, durğunluqlar da olur. Aylar var ki, sən heç nə qazanmırsan. Dərrakəli biri kimi, başqa bir səmtə də yönəlməliyəm".
HİT.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "10-da görüşək" proqramında deyib. İfaçı aparıcı Samir Bayramlının "Deyirlər, Ayanın danışdığı qədər pulu yoxdur. Evlər, maşınlar göstərişdir, Ayan şou-biznes qanunları ilə oynayır" sözlərinə belə reaksiya verib:
"Kiminsə fikrini dəyişmək məcburiyyətim yoxdur. Hər dəfə nəsə paylaşım edəndə, deyirlər ki, onun pulu hardandır? İndi pulu yoxdur deyilməsinə də önəm vermirəm".
Sənətçi Gəncə şəhərində açdığı biznesinin də batdığını bildirib. O qeyd edib ki, gəlinlik paltarlarının kirayəsi ilə bağlı mağazası alınmayıb:
"Uğurlu olmadım. O qədər yatırımımın batımı olub ki... O demək deyil ki, bir bizneslə hər şeyi düzətmişəm. Gəncədə gəlinlik biznesim var idi, batdı. Orada neçə yüz minlərlə pulum batdı. Gəlinliklər sərmayədir, hədiyyə vermərəm".
Qeyd edək ki, Ayan bundan əvvəl Türkiyədə açdığı salonun da bağlandığını açıqlamışdı.