Əməkdar artist Elza Seyidcahan 2015-ci ildə mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı verdiyi açıqlamanı təkzib edib.
HİT.az xəbər verir ki, müğənni illərdir müzakirə edilən "İlhamə xanıma qarşı heç vaxt hörmətsiz davranmamışam. Yeri gəlib, xəstələnəndə onun ayaqlarını da yumuşam, bahalı hədiyyələr aparmışam" sözləri haqda danışıb.
"10-da görüşək" proqramında bunla bağlı sualı cavablandıran Seyidcahan "Uzun illər əvvəl İlhamə Quliyeva mənim üçün demişdi ki, o, mənim ayaqlarımı yuyub, yaxşı ayaq yuyur. Amma ayağını yumamışdım, təzyiqi qalxanda ona su gətirmişdim. Tovuzda idik, ayaqları böyük idi. Vannanı su ilə elə doldurmalı idim ki, ayağı içinə girsin. Qış ayları idi, soyuqda vannanı çətinlikə ikinci mərtəbəyə gətirmişdim" sözlərini söyləyib.
Qeyd edək ki, sözügedən qalmaqallı açıqlamaya səbəb İ.Quliyevanın millət vəkili olmaq istəyən Seyidcahanı tənqid etməsi olmuşdu. Sözügedən açıqlamanı Elza Seyidcahan Axşam.az saytına vermişdi.