Azərbaycanlı məşhurlara verilən bahalı hədiyyələr - 8 minlik saat, ev, maşın...

MAQAZİN
13:03 / 11.07.2022
1564

"Şourum" verilişi sənət adamları arasında sorğu apararaq aldıqları bahalı hədiyyələri soruşub.

HİT.az ifaçıların aldıqları hədiyyələri təqdim edir:

Amil Həsənoğlu: "Maşınları sevirəm. İndiyənə qədər də nömrə qeydiyat nişanını alanda orda çıxır neçə maşında olub. 36 yaşımda 42 maşınım olub. Birinci maşınım "06" olub. Hazırda 42-cini sürürəm. İndiyənə kimi hər şeyi özüm özümə etmişəm".

Dilarə Kazımova: "Ən bahalı hədiyyə itim idi. Dostlarım deyirdi 1 milyona satacaqsan. Amma dekabrda itib. 12 il yanımda oldu. 3 il sevgili olduğum oğlan bağışlamışdı".

Günay İbrahimli: "Toydan sonra bir xanım saat bağışladı. Qiyməti 8 min manat idi. Bahalı brend idi".

Üzeyir Mehtizadə: "Getdiyim xarici ölkələrdə çox təkliflər olub: ev, orada qalmağı. Qəbul edə bilmədim. Azərbaycan adından gedirəm hər yerə, buradan kənarda qala bilmirəm".

Fatimə Fətəliyeva: "Özüm özümə etmişəm və edəcəyəm də".

0