İyulun 20-21-də "Yaşıl teatr"səhnəsində Xalq artisti Eyyub Yaqubovun solo konserti baş tutub.
Hit.Az xəbər verir ki, musiqili gecə "Sound pro" media qrupu tərəfindən yaradılan "Big band sound pro"nun müşayiəti ilə təşkil olunub.
Tədbirin aparıcılığı əməkdar artist Elnur Kərimova həvalə olunub.
Gecədə Dövlət Televiziyasının solisti, "Big band"in bədii rəhbəri Fuad Musayev də canlı ifaları ilə çıxış edib. İfaçının xalq artisti Cavan Zeynallı ilə birlikdə unudulmaz "Qaya" qrupunun repertuarından oxuduğu bəstələr konsertə gözəllik qatıb.
Gecədə Akif İslamzadə, əməkdar artist Kübra Əliyeva, xalq artisti Şərqiyyə Hüseynova, "Planet Parni iz Baku" KVN komandasının üzvləri, Əməkdar artistlər Cabir, Tahir İmanov qardaşları və başqaları iştirak edib.
Anşlaqla keçən özəl gündə Eyyub Yaqubovun son çıxışı ayaqda alqışlanıb.