Heydər Əliyev Mərkəzinin parkında bu dəfə Xəyyam Nisanov rüzgarı əsdi.
Hit.Az xəbər verir ki, "10 il sizinlə" şüarı ilə reallaşan xalq konsertində əməkdar artist sevənləri üçün oxudu. Anşlaqla keçən gecədə Nisanov, sevilən mahnılarını canlı olaraq səsləndirib.
İfaçı məmnunluğunu bildirərək, bu tərz konsertlərin davamlı olmasını istəyir:
"Uzun zamandır konsert ab-havası üçün çox darıxmışdım. Gecəmiz mükəmməl keçdi, razı qaldım. Pərəstişkarlarımın mənimlə bir ağızdan oxuması sadəcə zövq verirdi. Arzulayıram ki, silsilə konsertlər davam etsin. Məni izləməyə gələn bütün sevənlərimə yüksək enerji, sevgilərinə görə təşəkkür borcluyam. Ən əsası belə gözəl konserti təşkil etdiklərinə görə Heydər Əliyev mərkəzinin rəhbərliyi və bütün heyətə minnətdaram".,