Əməkdar artist: "Yaxşı ki, oğlum olmayıb"

MAQAZİN
12:22 / 14.08.2022
1644

"Çox narahat adamam. Hərdən fikirləşirəm, yaxşı ki, bu xarakterimlə oğlum olmayıb".

HİT.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Söz-baz" proqramında deyib. Sənətçi heç vaxt oğlan övladı haqda düşünmədiyini bildirib:

"Böyük qızım Aytənin 22 yaşı var. Oğlan olsaydı deyəcəkdi ki, "Maşın sürmək istəyirəm". Təbii ki, ona avtomobil alıb verəcəkdim. Gecə olacaqdı, kiminlədir, haradadır, necədir deyə suallar verəcəkdim. Onun yanına gedə bilməyəcəkdim ki, artıq böyüyüb. Mənlik deyil, qız yaxşıdır. Avtomobil aparıb-gətirir. Drəslərini oxuyur, boş vaxtı olanda internetdən nəyəsə baxıb bişirir. Mənim üçün belə rahatdır. Ən yaxşısı elə qızdır".

Qeyd edək ki, D.Əliyeva "Soy" prodakşının rəhbəri Oqtay Əliyevlə ailəlidir. Onların iki qızı var.

2