Vüsalənin bacısı əməliyyat olundu, mədəsini əlində saxladı - FOTO

MAQAZİN
09:29 / 02.09.2022
1718

Aparıcı Vüsalə Əlizadənin bacısı mədəkiçiltmə əməliyyatı olunub.

Hit.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

Aparıcı bacısının əməliyyatında da iştirak edib və həmin anlardan fotoları izləyiciləri ilə bölüşüb.

"Kim belə ürəklidir ki, bacısının mədəsini əlində saxlasın. Belə qızlar var. Mədənin kəsilən hissəsi kənarda şar kimi doldurulub, yəni böyük görüb qorxmayın. Bacım 1 aya 90 kiloqramdan 12 kq çəki atıb, həyat eşqi artıb, psixologiyası dəyişib. Daha özgüvənli və xoşbəxt olduğunu hiss edirəm”, - deyə o paylaşımına qeyd edib.

0