Türkiyəli iş adamı, “Hasbi Meyhane” və “Uffobaku” klublarının sahibi Harun Reşit Can Türkiyənin məşhur sənətçiləri Soner Aydın və Melike Onurla səhnə müqaviləsi imzalayıb.
Hit.Az-ın əldə etdiyi məlumata görə, adı çəkilən sənətçilərə Harun Reşit Canın Bakıdakı məkanından başqa yerlərdə çıxış etmək qadağan edilib.
Həmçinin o, Azərbaycanda toy, ad günü və digər tədbirlərdə səhnəyə çıxa bilmələri üçün onların meneceri kimi də fəaliyyət göstərəcək.