“O səs Türkiyə” yarışmasında etdiyi çıxışla populyarlaşan müğənni Mərdan Kazımov yeni layihəsi üçün kamera qarşısına keçib.
Hit.az xəbər verir ki, müğənni “Doya-doya” adlı klipini təqdim etməyə hazırlaşır.
“Davamlı öz üzərimdə çalışdığımı məni tanıyanlar bilir. Fərqli janrda, bir-birinə bənzəməyən və əsasən də gənclərin ruhunu oxşayan mahnılar ifa edirəm. “İyul ayında təqdim etdiyim “Səbəbi sən” adlı mahnım və klipim bəyənildi, sevildi. Bu dəfə isə payız ab-havalı klip ilə sevənlərin görüşünə gəlməyi qərarlaşdırdıq. “Doya-doya” mahnım və klipi hazırdır. Oktyabr ayında təqdim edəcəyəm” – deyə ifaçı bildirib.
M. Kazımov klip öncəsi fotoqraf Xətai Yusubovun kamerası önünə keçərək bir-birindən maraqlı fotolar çəkdirib.