Türk dünyasının yoldaşlığından, dostluğundan, çətin günündə hər zaman bir-birilərinə arxa çıxmağından, mərdliyindən, cəsarətindən bəhs edən "Dostum Qardaşım" Azərbaycan filmi növbəti ölkədə Özbəkistanın paytaxtı Daşkənddə çəkilişlərinə start verib.
Hit.az xəbər verir ki, çəkilişlərin bir qismi Daşkənd şəhərində Çorsu bazarı və Kukeldaş mədrəsəsində edilib.
Rollarda Azərbaycan tərəfdən aktrisa Yeva Elvida, aktyor Cavidan Kəsəmənli, Özbəkistan tərəfdən əməkdar artist, aktrisa Barno Qodirova, Baxadur Nisanov, Şerzod Muradov, Zilola Karimova, Maxmudali Quseynov və Sevinc Dalaboyeva çəkilib.
Qedək ki, filmin Baş prodüseri və ssenari müəllifi Nicat Mənalı, prodüser Yeva Elvida, ortaq prodüser Zamin Mövsünov, rejissor Natiq Novruzov, quruluşçu operator isə Akan Açıqsözdür.