"Qulp" verilişində gündəm olan Gülarə Məmmədlidən xəbər var.
Hit.az olaraq onun harada və nə işlə məşğul olduğunu öyrəndik.
Araşdırmamız zamanı məlum oldu ki, o artıq ana soyadına keçib və özünü Gülüm Mehtiyeva kimi təqdim edir.
Bəs Gülüm Mehtiyeva hazırda nə işlə məşğuldur?
Saytımıza danışan xanım həyatını və tərzini dəyişdiyini deyib:
"Gülüm Mehtiyeva aktrisa olaraq fəaliyyət göstərir. Yəni mən filmlərdə rol alıram. Hazırda "YouTube" platforması üzərindən yayımlanan "Sevgi və Yalan" serialına çəkilirəm. Düzdür, açıq-saçıq səhnələrə çəkilirəm, amma real həyatda yubka belə geyinmirəm. Heç kəs deyə bilməz ki, Gülümü şəhərdə qısa geyimdə gördüm. Mən sənətimə aşiq olduğum üçün yataq səhnəsinə belə çəkilərəm. Çünki bu, mənim işimdir. Çox yaxında bütün saytlar və sosial media hesabları məndən yazacaq. Azərbaycanda olmayan yeniliyi ölkəyə gətirmək istəyirəm. Sevənlərim demək olar ki, məni tez-tez fərqli tərzlərdə görəcəklər. Odur ki, məni izləmədə qalın" (gülür).
Qeyd edək ki, Gülüm xanım İncəsənət Universitetinin televiziya rejissorluğu fakultəsini bitirib, 2008-ci ildən aktrisa kimi fəaliyyət göstərir.