Türkiyənin "Diva”sı Bülent Ersoyun Bakıda verəcəyi konsertdən əldə edəcəyi gəlir məlum olub.
Sənətçinin Yeni il gecəsi paytaxtda çıxış üçün 1, 8 milyon TL-yə (təxminən 92 min manat) anlaşdığı ortaya çıxıb.
Xatırladaq ki, Bülent Ersoyun bir neçə il əvvəl Bakıda konserti planlaşdırılmış, koronavirusun qarşısını almaq üçün tətbiq olunan sərt karantin rejimində tədbir ləğv edilmişdi.